Soyuq su ilə yuyunmağın faydaları

SAĞLAMLIQ
19:58 / 01.08.2024
330

Soyuq su ilə yuyunmaq bəzi insanlar üçün inanılmaz gəlir. 

Ancaq mütəxəssislər hesab edir ki, soyuq su ilə yuyunmaq sağlamlıq üçün faydalıdır. 

Hit.az xəbər verir ki, soyuq su ilə duş qəbul etmək immunitet sistemini gücləndirir.  Soyuq su titrəməyə səbəb olduğu üçün metabolizmin sürətini artırır və immun sistemini aktivləşdirir.

Həmçinin, bədən soyuğa məruz qalanda isinmək üçün daha çox enerji sərf edir. Bunun sayəsində isinməyə çalışarkən , orqanizm daha çox yağ yandırar və arıqlamağa köməkçi olar.

Bununla yanaşı, soyuq su ilə duş qəbul edənlərin qan dövranını daha da sürətlənir. 

Soyuq su qan axınını orqanlara istiqamətləndirir. 

Soyuq suyla yuyunmaq maddələr mübadiləsini sürətləndirir. 

Bundan əlavə, kişilərdə testosteron hormonunun daha yaxşı işləməsinə kömək edir.

Həmçinin, zehninizi boşaltmağa köməkçi olur. Soyuq duş endorfini çoxaldır və depresiyanı azaldır. Dərini canlandırır və saç tökülməsinin qarşısını alır.

Sevinc

0