Slovakiyda Ukrayna ilə sərhəddə qeyri-qanuni miqrasiya ilə mübarizə aksiyası başlayıb.
HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın daxili işlər naziri Matus Şutay-Eştok bildirib.
O izah edib ki, aksiya çərçivəsində sərhəddə patrul və monitorinq gücləndiriləcək. Bu məqsədlə əlavə olaraq 400-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşı və 200 texnika cəlb olunub.
"Sərhədi qeyri-qanuni keçməyə cəhdlərin sayı artıb", deyə Şutai-Eştok bildirib.
O qeyd edib ki, miqrant axını ilə yanaşı, Slovakiyaya narkotik və silah keçirməyə cəhd edən qaçaqmalçıların da sayı artır. İdarə rəisinin sözlərinə görə, aksiya həm də qeyri-qanuni mühacirlərə yardım edən cinayətkar qrupların fəallığının artması ilə bağlıdır.
Nazir xatırladıb ki, Slovakiya Ukraynadan olan qaçqınlara sığınacaq verir, lakin sərhədi keçmək qanuni olmalıdır.
Samir