Ürək ağrısını sinir ağrısından necə ayrıd etmək olar?

SAĞLAMLIQ
22:16 / 02.08.2024
287

“Yayın qızmar istiləri gəldikdən sonra  ölkədə ürək ağrısı şikayəti ilə həkimə müraciət edənlərin sayı çoxalıb. Çox insan infarkt şübhəsi ilə bizə müraciət edir. Lakin ürək nahiyəsində hər sancılanma ürək xəstəliyi demək deyil. Bunu ayırd etmək mümkündür”.

Bu fikirləri Hit.az-a terapevt Sevinc Qurbanova səsləndirib:

“Ürəklə bağlı  ağrılar özünü daha kəskin  sancılarla üzə vurur. Ağrılar sol qola, sol dirsəyə, barmağa, boyuna, alt çənəyə, kürəyə yayılır. Ürək nahiyəsində olan ağrılar hərəkətdən asılı olaraq,dəyişmir. Yalnız nitrat preparatlarının qəbulu ilə sakitləşir. Ürək ağrısına bənzəyən digər ağrılar, nevralgiya ağrılarıdır. Dərin nəfəs alma və hərəkət zamanı ağrılar kəskinləşir. Sinir ağrıları zamanı ağrı sinirsakitləşdirici həblərin təsiri ilə keçə bilir. Yaşlı insanlarda baş verən ağrılar, əsasən, osteoxondroz ağrılarıdır".

Murad

0