"Chrome" üçün süni intellektlə işləyən yeni funksiyalar açıqlandı

DÜNYA
23:17 / 02.08.2024
252

"Google" "Chrome" brauzeri üçün böyük bir yeniləmə elan edib. 

HİT.az-ın məlumatına görə, şirkətin bloqunda deyilir ki, tətbiqin yeni versiyasının əsas xüsusiyyətlərindən biri "Gemini" süni intellektinin axtarış sisteminə və "Google Lens" funksiyasına inteqrasiyasıdır.

"Chrome" brauzerinin istifadəçiləri əvvəlki axtarışları idarə etmək üçün daha rahat və intuitiv üsul təqdim edən yeni axtarış tarixçəsi interfeysindən yararlana biləcəklər. "Google" sözçüsü qeyd edib ki, süni intellekt "Chrome"u tapşırıqları yerinə yetirmək və məlumat tapmaq üçün daha da faydalı alət edir.

Bundan əlavə, "Google Lens"in "Chrome-a inteqrasiyası təsvirin tanınması üçün yeni imkanlar açır. İstifadəçilər sadəcə olaraq sağ klikləməklə və ya mətn parçasını seçməklə şəklin məzmunu haqqında məlumat əldə edə biləcəklər. "Google Lens" funksiyasına ünvan çubuğundan və ya yuxarı sağ küncdəki menyudan daxil olmaq olar.

"Google" həmçinin alış-veriş zamanı istifadəçilərə kömək edəcək Tab Müqayisə funksiyasını təqdim edib. Onun köməyi ilə siz bir neçə tab açaraq neyron şəbəkə tərəfindən yaradılmış məhsul icmalına bir səhifədə baxa bilərsiniz. "Google" qeyd edir ki, bu xüsusiyyət satın almadan əvvəl çoxsaylı məhsulların rəylərini, qiymətlərini və digər parametrlərini müqayisə etmək üçün faydalıdır.

Yeni funksiyaların yaxın bir neçə həftə ərzində "Google Chrome" istifadəçilərinə təqdim edilməsi planlaşdırılır.

Samir

0