Makron Fransa müxalifətlə danışıqlar aparır

DÜNYA
21:56 / 05.08.2024
220

Fransa prezidenti Emmanuel Makron müxalifət nümayəndələri ilə hökumətə etimadsızlıq səsverməsinə başlamamaq vədi müqabilində təklif etdikləri bir sıra tədbirləri həyata keçirmək üçün danışıqlar aparır. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

"O, qapıları bağlamır. Hökumətin istefasına səbəb olacaq etimadsızlıq səsverməsinə səs verməmək vədi müqabilində müəyyən sayda tədbirlər üzrə sövdələşmələr müzakirə oluna bilər", deyə mənbə bildirib.

Fransada növbədənkənar parlament seçkilərinin gözlənilməz nəticəsinin vəziyyəti gəriginləşdirib. Makronun koalisiyası ikinci yeri tutub və baş nazir istefaya getməyə məcbur olub. İyulun 16-da Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalın hökumətinin istefasını qəbul edib.

İyun ayında keçirilən Avropa Parlamenti seçkilərində sağçılar əhəmiyyətli dəstək qazandıqdan sonra Makron erkən seçki çağırıb. Birinci tur iyunun 30-da baş tutub. Sonra Milli Cəbhə 33,15%, NFP 27,99%, Makron koalisiyası isə 20,04% səs toplayıb. 

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda solçu qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib. Emmanuel Makronun “Birgə!” bloku ikinci yeri tutub, sağçı Milli Cəbə üçüncü olub.

Samir
 

0