İran XİN: "HƏMAS liderinin öldürülməsində İsrailin əli olduğuna dair sübutlar var"

DÜNYA
15:40 / 05.08.2024
214

"İranın topladığı bütün sübutlar Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin arxasında İsrailin dayandığını göstərir".

HİT.az İRİB-ə istibadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

Diplomatın sözlərinə görə, bu qətldən İsraildən başqa heç kəs faydalanmayıb və bəzi İsrail rəsmilərinin açıqlamaları bunu təsdiqləyir.

İyulun 31-də "Mehr" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümü barədə məlumat yayıb. Haniyə Tehranda gecələdiyi evə birbaşa raketlə vurularaq öldürülüb. O, İranda ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün olub. HƏMAS rəsmi açıqlamada Haniyəni şəhid elan edib və baş verənlərə görə İsraili günahlandırıb.

Rəsmi olaraq İsrail Haniyənin başçısının ölümü ilə bağlı şərh etməyib. Lakin Qüds İşləri və İrs naziri Amiçai Eliyahu bildirib ki, İsrail "dünyanı daha yaxşı bir yerə çevirir".

Samir


 

0