Böyük Britaniya uzun illər ölkə ordusunun kifayət qədər maliyyələşdirilməməsi səbəbindən irimiqyaslı münaqişəyə hazır deyil.
HİT.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəhbəri Con Hili məlumat verib.
Onun sözlərinə görə, bu gün Britaniya Silahlı Qüvvələrinin bütün növləri ciddi problemlər, o cümlədən ordularda istifadə olunan texnikanın köhnəlməsi və yenidən silahlanmasının ləng tempi ilə üzləşir. Bundan əlavə, Hili ordunun fəal şəxsi heyətinin aşağı əhval-ruhiyyəsinə diqqət çəkib.
Müdafiə naziri qeyd edib ki, Britaniyanın müdafiə sektorunda vəziyyət əvvəllər qəbul ediləndən qat-qat pisdir.
Ölkənin Müdafiə Nazirliyinin audit departamentinin keçmiş direktoru Rob Conson bildirib ki, hazırda ölkənin silahlı qüvvələri mütləq minimumdan fəaliyyət göstərir.
"İstənilən böyük hərbi əməliyyatda Britaniya tez sursatı tükənəcək, çünki ordu çox zəifdir, o, ciddi miqyaslı silahlı münaqişədə döyüşməyə və qalib gəlməyə hazır deyil", deyə Conson bildirib.
Samir