“Olimpiya oyunlarının açılış mərasimində Fransanın göstərdiyi şou qeyri-adi məsələ deyil”

İDMAN
21:35 / 05.08.2024
390

“Olimpiya oyunlarının Parisdəki açılışı göstərdi ki, burda daha çox siyasi məqamlar var. Yeni bir tərəfdə müharibə, bir tərəfdə ekoloji, digər tərəfdə isə mənəvi psixoloji halla bağlı ciddi problemlər var. Özünü demokratiyanın beşiyi hesab edən Fransa bu işdə öncüllük edir".

Bu sözləri Hit.az-a türkoloq-alim Faiq Ələkbərli deyib.

O bildirib ki, Olimpiya oyunlarının açılış mərasimində Fransanın göstərdiyi şou qeyri-adi məsələ deyil. Əslində digər dinlərə, bəşəriyyətə qarşı yönəlmiş bir addımdır: 

"Fransanın məlum hərəkəti təsadüf ola bilməz. Fransa bu işin arxasında tək deyil. Dini inancı beynəlxalq səviyyəli bir yarışda bu qədər aşağılamaq düzgün deyil". 

Sevinc

0