Türkiyədə ötən ay ən çox hansı elektromobillər satılıb? - ADLAR

AVTO
09:51 / 06.08.2024
919

Türkiyədə ötən ay ən çox satılan elektrikli avtomobillərin adı məlum olub.

Hit.az xəbər verir ki, bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb.

İyul ayında qardaş ölkədə 5 min 735 ədəd elektromobil satılıb. Üstəlik, elektrikli avtomobillərin bazar payı da 7,7 faiz olub. Ən çox alınan elektromobil isə 1227 satışla "Togg T10X" avtomobili olub. Sözügedən modelin builki satış rəqəmləri də 14 min 248-ə çatıb.

Ümumiyyətlə, keçən ay Türkiyədə ən çox satılan 10 elektrikli avtomobil aşağıdakılardır:

1. "Togg T10X" - 1277 ədəd
2. "Mini Countryman" - 444 ədəd
3. "KG Mobility Torres" - 435 ədəd
4. "Tesla Model Y" - 420 ədəd 
5. "Mercedes EQB" - 325 ədəd
6. "Citroen C4" - 252 ədəd
7. "MG MG4" - 244 ədəd
8. "BYD Atto 3" - 235 ədəd
9. "BMW X1" - 202 ədəd
10. "Peugeot 2008" - 176 ədəd

Pərviz

0