ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, dövlət başçısı olduğu illərdə Şimali Koreya lideri Kim Çen Inla “qırmızı düymə” haqqında danışıb.
HİT.az xəbər verir ki, o, bu barədə Edin Rossa müsahibəsində bildirib.
"Dedi ki, mənim stolumun üstündə "qırmızı düymə" var. Mən də dedim ki, problem yoxdur, mənim də "qırmızı düyməm" var və o, səninkindən böyükdür. Və bu işləyir", deyə ABŞ-ın keçmiş prezidenti xatırladıb.
Tramp əlavə edib ki, həmin söhbət zamanı o, Şimali Koreya liderinə Elton Conun "Rocket man" mahnısını ifa edib və Kim Çen Inın “raket adam” olduğuna işarə edib.
Bundan əvvəl Kim Çen In bildirib ki, Şimali Koreya ABŞ-la danışıqlara hazırdır, lakin Pxenyan müdafiə qabiliyyətini gücləndirməlidir.
İyulun 29-da Cənubi Koreya Şimali Koreyanın ABŞ seçkilərindən əvvəl nüvə silahını sınaqdan keçirə biləcəyi barədə xəbərdarlıq edib. Şimali Koreya sonuncu dəfə 2017-ci ilin sentyabrında nüvə silahını sınaqdan keçirib.
Samir