Politoloq: "Prezident Saakaşvilini əfv etməyə cəsarət etməyəcək"

DÜNYA
19:19 / 06.08.2024
179

Politoloq və Gürcüstan-Rusiya münasibətləri üzrə ekspert Vaso Kapanadze bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkiləri öncəsi keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyə cəsarət etməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kapanadze vurğulayıb ki, Zurabişvili yalnız seçkilərdən sonra Saakaşvilini əfv edə bilər. Amma bu, səsvermənin nəticələrindən asılı olacaq.

Ekspert əlavə edib ki, Gürcüstan prezidenti xalqın reaksiyasından qorxduğu üçün ölkənin keçmiş rəhbərini əfv etmək qərarına gəlməyəcək. Belə bir qərar Zurabişvilinin siyasi reytinqinə mənfi təsir göstərə bilər. Kapanadze əlavə edib ki, əfv müxalifət qüvvələrinin seçkilərdə qalib gələcəyi təqdirdə baş verəcək.

Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirmişdi ki, dövlət başçısı Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilinin onun Vahid Milli Hərəkat Partiyası ilə ittifaqda olduğu üçün onun əfv olunması imkanlarını araşdırır:

"Bu addımı ilə prezident onunla və onun Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğunu sübut edir. Onlar hakimiyyətə gəlmək istəmirlər. Xaricdən gələn sifarişləri yerinə yetirməyə çalışırlar. Bunun üçün isə güc lazımdır. Buna görə də texniki hökumətdən və digər bu kimi cəfəngiyyatlardan danışırlar".

Mixail Saakaşvili bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.

Samir

0