"Hər şey daxil" paketin ləğv olunması kimə sərf edir?

İQTİSADİYYAT
23:15 / 07.08.2024
227
Türkiyə Aralıq Dənizi Turistik Hotelçilər və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin üzvlərindən biri müsahibəsi zamanı bildirib ki, Türkiyədə turizm işində maraqlı olan kiminlə danışsanız, illərdir "hər şey daxil" sistemindən şikayətlənir. Hotel sahibi, vətəndaş cəmiyyəti qurumları, agentliklər, kiçik biznes sahibləri, bələdiyyə sədrləri, siyasətçilər, hətta nazirlər belə… Bir zamanlar "hər şey daxil"dən qazanc əldə edən Türkiyə artıq yeni imkanları nəzərdən keçirməlidir. Çünki bu il turizm obyektlərinin doluluq dərəcələrində problem var.
 
Mövzu ilə bağlı Valyuta.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirib ki, bu çıxış otel sahiblərinin fikirləri ola bilər, passiv istirahətə gedən şəxslər öz rahatlıqlarını düşünərək, qidalanmanın paketlərdən çıxarılmasını istəməz:
 
"Bu sistemin olması xüsusən dənəzkarı otellərdə, regionlarda, Antalya, Bodrum, Marmaris, Kuş adası, Fətiyyə, Alaçatı kimi turizm məkanları istiqamətində əvəzolunmaz sistemdir. Bəzən mən çıxışlarımda deyirəm ki, bizim vətəndaşların Türkiyə getməsini, xüsusən dənizkənarı passiv istirahətə yollanmasına qidalanmanın çox mühüm rolu var. Çünki vətəndaşımız erkən rezarvasiya zamanı, yəni dekabr, yanvar, fevral aylar 30 faiz ödəyərək turunu alır, 70 faizini hissə-hissə ödəyir. Uçuşa bir həftə qalmışa qədər ödənişini edərək bitirir. İstirahətə gedərkən heç bir problemi olmur, İstirahətə gedənə qədər bileti, transferi var, hər şey daxil qidalanması və oteldə gecələməsi ilə bağlı məsələlər həll olunur. Belə paketləri götürəndə istirahətə gedənlərin əlavə xərclərə ehtiyacı olmur".
 
 
Ekpsert bildirib ki, yalnız iri şəhərlərdə qidalanma qiymətlərə daxil olmaya bilər. Bunun da öz səbəbi var:
 
"İstanbul kimi böyük şəhərlərdə qiymətlərə ancaq səhər yeməkləri daxil olur. Bu isə normaldır. Çünki insanlar şəhəri gəzməyə çıxırsa, meqa şəhərlərdə onların geri-otelə qayıdıb nahar etməsi ağlasığmazdır. Ona görə də onların olduqları yerdə yemək yeməsi otelə qayıtmasından vaxt cəhətdən önəmlidir. Amma passiv istirahətlərdə bu belə deyil. Ancaq passiv istirahətə gedənlər düşünmürlər ki, aldıqları paketin içinə qidalanma daxil olmasın".
 
Əziz Şiriyev deyir ki, otel sahiblərinin bu fikirləri səsləndirməsinin də səbəbləri var:
 
"Çünki artıq bahalaşma gedir, qidaların qiyməti qalxır, bu da otellərin qiymətinə təsir edir. Məsələn, bu gün qiymətlər Türkiyədə baha olduğundan ora getmək istəyənlər başqa alternativ variantlar seçir. Ona görə də otelər yeməkləri çıxartmağa çalışırlar ki, qiymətlər aşağı düşsün. Vətəndaşlar isə yeməklərin paketlərdən çıxmasını istəməz. Onlar "hər şey daxil" rahat istirahət etmək istəyir. Panndemiyadan əvvəl hətta Türkiyə otellərində belə bir deviz var idi ki, "boşqabında artıq yeməklər qalanlar cərimə olunacaq”. Bu da israfçılığın qarşısını almaq üçün idi. Bu səsləndirilən fikirlərə də səbəb yeməkləri çıxartmaqla qiymətlərin aşağı düşməsinə səbəb olaraq, daha çox müştəri cəlb edə biləcəklərini düşünürlər".
 
 
0