Çinin avtomobil brendindən tarixi uğur: Milyonlarla satıldı, "Tesla"nı keçdi

AVTO
10:50 / 09.08.2024
1008

Çinin avtomobil brendi "SAIC" satış göstəriciləri ilə diqqət mərkəzinə düşüb.

Hit.az xəbər verir ki, şirkət ilin ilk 6 ayı ərzində 2 milyondan çox avtomobil satmağa nail olub.

Belə ki, yanvar-iyul aylarında "SAIC" markasına aid 2,1 milyon ədəd avtomobil satılıb. Bu inanılmaz uğur şirkətin daxili və xarici bazardakı yüksəlişini açıq şəkildə əks etdirib. Şirkətin xüsusilə elektrikli və hibrid avtomobillərinə olan böyük təlabat ümumi satışlara çox müsbət təsir göstərib. 

Qeyd edək ki, sözügedən markanın xaricə olan satışları da 13,9 faiz artıb. Yəni 2024-cü ilin 6 ayında 554 min avtomobil xaricə idxal olunub. Bu isə "SAIC"-in çinli avtomobillər arasında zirvədə yer almasına səbəb olub. Onu da əlavə edək ki, "SAIC" Avropa bazarında ABŞ-nin nəhəng elektromobil istehsalçısı "Tesla"nı geridə qoyaraq ən çox satılan 20 brend arasına daxil olub. 

Pərviz

0