Gürcüstan və Moldova nə üçün separatçılıqla mübarizəyə başlamır? - RƏY

DÜNYA
10:44 / 09.08.2024
431

"Həm Gürcüstan, həm də Moldova ərazilərində separatçılığa son qoymaq istəyirlər". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, separatizmlə mübarizə hər iki dövlətin marağındadır:

"Amma bütün dövlətlərin separatizmə qarşı mübarizə aparmağa gücünün olmadığını nəzərə almaq lazımdır. Üstəlik, bu, çox ciddi və riskli məsələdir. Hətta separatizmə mübarizəyə başlamaq perspektivdə bumeranq effekti belə verə bilər".

355656

Politoloq qeyd edib ki, hansısa ölkənin gücünü toplamadan separatçılara qarşı müharibəyə başlaması daha çox canlı qüvvə, hərbi texnika və ərazi itirməsinə gətirib çıxara bilər:
"Bundan başqa, daxildə qarşıdurmaların yaranma ehtimalı da var. Yəni bu, milli təhlükəsizlik, daxili sabitlik və ölkənin perspektivi məsələsidir. Düşünürəm ki, Azərbaycan nümunəsi mənəvi baxımdan Gürcüstan və Moldova üçün stimul oldu. Amma Azərbaycan 30 il ərzində siyasi, iqtisadi, diplomatik, hərbi və digər bütün müstəvilərdə gücləndi. Nəticədə, tarixi qələbəyə nail olduq. 

Hazırkı vəziyyətdə isə Gürcüstanla Moldovanın iqtisadi və siyasi və hərbi imkanları bu addımı atmağa adekvat deyil. Onların imkanları ilə arzuları üst-üstə düşmür. Üstəlik, Moldova və Gürcüstanın Rusiya ilə müharibə aparacaq potensialı da yoxdur". 

Pərviz

0