"İsrail-HƏMAS müharibəsi İsrail-Ərəb müharibəsinə çevrilə bilər" - ŞOK AÇIQLAMA

DÜNYA
11:53 / 09.08.2024
397

"İsrail-HƏMAS müharibəsinin daha da alovlanması bəzi qüvvələrin maraqlarına uyğundur". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Yaxın Şərqdəki sözügedən müharibə diqqətləri Rusiya-Ukrayna müharibəsindən yayındıdır:

"Təbii ki, bu da başda Rusiya olmaqla bəzi qüvvələrə sərf edir. Çünki Rusiya diqqətlərin onlardan yayınaraq Yaxın Şərqə yönəlməsini istəyir. Sözügedən müharibə hələ ki, İsraillə HƏMAS arasındakı baş versə də, zaman-zaman "Hizbullah"ın və digər qruplaşmaların qarşıdurmasına çevrilir. Buna baxmayaraq, hələ tam böyük miqyaslı müharibəyə çevrilməyib. Amma böyük miqyaslı müharibənin olmayacağına dair heç bir təminat yoxdur".

355662

Ekspert qeyd edib ki, İsraillə İran arasında baş verən proseslər hər an böyük müharibə riskinin olduğunu göstərir:

"Hər an böyük bir müharibə başlaya bilər. İranla ona dəstək olan qüvvələrlə İsrail və onun dəstəkləyən qüvvələr arasında müharibənin olması mümkündür. Üstəlik, bu məsələdə də maraqlı olan qüvvələr var. İsrail-HƏMAS müharibəsindən daha çox İsraillə ərəb ölkələri arasında müharibənin baş verməsini istəyən qüvvələrin olduğu da görünür. Hətta bunun başlaması üçün əllərindən gələni edirlər.

Düşünürəm ki, beynəlxalq ictimaiyyətdə konkret güc və söz sahibi olan dövlətlər bu məsələdə konkret iradə ortaya qoymasalar, sözügedən qarşıdurma geniş müharibəyə çevrilə bilər. Bunun isə böyük miqyasa yayılaraq, ciddi itkilərlə müşahidə olunması mümkündür". 

Pərviz

0