Açıq-saçıq geyim müasirlikdir, yoxsa...?

MARAQLI
22:36 / 09.08.2024
616

Modaya uyğun geyinmək, hər zaman baxımlı və şık görünmək biz qadınlar üçün ən vacib məsələlərdən biridir.

Bəzi qadınlar dəbli görünmək üçün açıq saçıq geyimə üstünlük verir. Kimisi üçün açıq saçıq geyim müasirlik, dəb, başqa birisi üçün xoş qarşılanmır.

Payız Könül İsmayılova Hit.az-a deyib ki, geyim mədəniyyəti özündə həm gigiyenik, həm estetik, həm sosial, həm mədəni, həm də digər kulturoloji əhəmiyyət kəsb edən müəyyən işarələri birləşdirir:

"Açıq-saçıq geyim dəb demək deyil. Bu modadan kənar insanların şəxsi seçimi ilə bağlıdır. Çünki, bir marka yeni kolleksiya çıxardıqda orada həm qapalı, həm də açıq geyimlər olur. Yəni, insanlar seçimi özü edir. Modada geyim əxlaqı deyilən bir anlayış var. Yəni, hər sahədə bir əxlaq norması varsa, bu modada da olur. Lakin, bu o demək deyil ki, açıq geyinən əxlaqsızdır. Geyim əxlaqı var. Geyim əxlaqı odur ki, məsələn, ətək qısadırsa, sinə qapalı olmalıdır. Yəni, tarazlıq qorunmalıdır. Bizdə ən böyük səhv balansı qorumamaqdır. Açarkən hər yeri birdən açırlar. Bu zaman da ekstra vulqar və xoşagəlməyəcək cəlbedici bir görüntü olur. Bu da insanların psixologiyasına yalnış mesaj buraxır. Qısa geyinmək pis bir şey deyil, sadəcə düzgün istifadəyə diqqət etmək lazımdır”.

Sevinc

0