Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olundu

SİYASƏT
10:39 / 10.08.2024
259

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib.

HİT.az xəbər verir ki, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.

Qeyd edək ki, siyahı ilə bu keçid etməklə tanış olmaq olar.

0