600 bal toplayanların sayında böyük artım

ÖLKƏ
20:48 / 11.08.2024
196

Azərbaycanda bu il qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin sayı artıb.

Modern.az-ın məlumatına görə, ən çox artım I və III ixtisas qruplarında qeydə alınıb.

Belə ki, ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb, 2024-cü ildə isə bu say 3228 nəfər olub. Yəni 2023-cü ildə 600 və daha çox bal toplayanların sayı 2 dəfədən çox artıb.

Yüksək bal toplayanların qruplar üzrə paylanmasına gəlincə, 2023-cü illə müqayisədə I qrupda 600 və daha çox bal toplayanların sayı 576 nəfər, bu il isə 1343 nəfər olub. Yəni, I qrupda yüksək bal toplayanların sayı 133 faiz artıb.

II ixtisas qrupunda yüksək bal toplayanların sayında isə azalma müşahidə olunub. Ötən il bu qrupda 600 və yuxarı bal toplayanlar 371, bu il 284 nəfər olub.

III qrupda isə ötən illə müqayisədə artım 160 faizdən çox olub. Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında III ixtisas qrupunda 600 və yuxarı bal toplayanların sayı 987 nəfərdir.

IV qrupda 2023-cü ildə 379 nəfər, bu il isə 614 nəfər 600 və daha çox bal toplayıb.

0