Ucarda ev yandı - Yol bərbad olduğuna görə yanğınsöndürən gec gəldi (FOTO)

HADİSƏ
14:04 / 12.08.2024
474

Ucar rayonun Şahlıq kəndində dəhşətli yanğın hadisəsi baş verib.

Hit.az-ın məlumatına görə, Əlizadə Mirzəliyevə məxsus 2 mərtəbəli yaşayış evi yanaraq, külə çevrilib. 

Hadisəyə səbəb elektrik naqillərində nazaslıq səbəb olub. Yanğın saat 11-12 radələrində baş verib.

Kənd sakinləri bildirirlər ki, yanğının evə bu qədər çox ziyan vurmasının əsas səbəbi yanğınsöndürən maşının kəndin bərbad yolları səbəbi ilə gecikməsidir.

Şahlıq Ramal, Əlikənd kəndlərinə giriş üçün avtomagistralda yol qoyulmayıb.

Kənd sakinləri Bakı-Qazax magistralından sağa burulub, kəndə girmək üçün Ağdaş rayonun Ləki qəsəbəsinə gedib, sonra geri dönməli olurlar. Bu da avtomobillə 15 dəqiqə əlavə zaman itkisi deməkdir.

Loğman Rəsulov


 

0