Meymunçiçəyi Azərbaycanda da yayıla bilər?

İQTİSADİYYAT
16:26 / 12.08.2024
273

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  avqustun 14-də  Meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı fövqəladə iclası keçiriləcək.

ÜST  rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində  bu barədə məlumat verib, SOS siqnalı yayıb.

O Konqo Demokratik Respublikasında  artıq epidemiya şəklini almış meymunçiçəyi xəstəliyi ilə bağlı həyəcan təbili çalıb.

Bəs görəsən bu xəstəlik Azərbaycanda da yayıla bilər?

Hit.az-a açıqlama verən infeksionist Baba Seyfullayev bildirib ki,ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi və əsasən qərbi və mərkəzi Afrikada yayılmış xəstəlikdir:

“Hazırda Avropanın bir neçə ölkələrində aşkarlansa da, yoluxuculuq riski aşağı olan viruslardandır. Meymunçiyəyi virusu yeni növ virus deyil.Amma yeni növ də ola bilər, son illər bütün viruslar mutasiyaya uğrayıblar. Buna görə də xəstəlik Azərbaycanda ola bilməz deyə bilmərik.
Bu xəstəlik nəticəsində dəridə qabarcıqlar və qabıqlar əmələ gətirən sulu səpgilər yaranır. Simptomlar xəsətlik başlayandan 10 gün sonra özünü göstərir.  Xəstəlik heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan yoluxa bilər. Ölümlə nəticələnməsi faktları var. ÜST həyəcan təbili çalmaqda haqlıdır. Artıq bir Afrika ölkəsində  epidemiya başlayıbsa, bu təhlükəli xəbərdarlıqdır”,- deyə həkim bildirib.

Murad
 

0