Türkiyədə satılan ən bahalı avtomobillər - SİYAHI

AVTO
10:03 / 13.08.2024
985

Türkiyədə bu il ərzində ən çox satılan bahalı avtomobillərin adı məlum olub.

Hit.az xəbər verir ki, təkcə ötən ay qardaş ölkədə premium seqmentində 8 min 386 avtomobil satılıb. 

Bu isə bir ayda təxminən 2,79 faiz artım deməkdir. 2024-cü ilin ilk 6 ayında isə sözügedən kateqoriyaya aid toplam 55 min 236 ədəd avtomobil satılıb.

Cari ildə Türkiyədə premium seqmentində ən çox satılan avtomobillər aşağıdakılardır:

1. "Mercedes" - 14.850
2. "BMW" - 10.665
3. "Audi" - 9.038
4. "Volvo" - 7.614
5. "Cupra" - 4.981
6. "Jeep" - 1.938
7. "Land Rover" - 1.624
8. "MINI" - 1.563
9. "DS" - 1.244
10. "Porsche" - 572

Sadəcə ötən ayın statistikası isə belədir:
1. "Mercedes" - 2.188
2. "Audi" - 1.607
3. "BMW" - 1.510
4. "Cupra" - 872
5. "Volvo" - 870
6. "MINI" - 467
7. "Land Rover" - 296
8. "Jeep" - 255
9. "DS" - 117
10. "Porsche" - 61

Pərviz

0