Ətin qiyməti ucuzlaşacaq? - Ekspertdən AÇIQLAMA

İQTİSADİYYAT
11:01 / 13.08.2024
351

"Yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilmir".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, xüsusilə də xırdabuynuzlu heyvanların qiyməti aşağı düşməyəcək:

"Nəzərə almaq lazımdır ki, hazırda yay fəsli davam edir. Yayda isə insanlar istirahətə gedir və daha çox kabab yeyirlər. Yəni bu dönəmdə xırdabuynuzlu heyvanların ətinə təlabat yüksək olacaq. Ona görə də xırdabuynuzlu heyvanların ətinin qiymətinin aşağı düşməsi gözlənilmir". 

355873

Hətta ekspert qeyd edib ki, ətin qiyməti bahalaşacaq:

"Xırdabuynuzlu heyvanların, daha dəqiq desək qoyun və keçinin əti orta müddətdə bahalaşmağa davam edəcək. Hazırda xüsusi bir vəziyyət olmadığına görə qiymətlər stabildir. Yaxın həftələrdə də belə davam edəcək. Amma orta və uzunmüddətli dönəmdə xırdabuynuzlu heyvanların saxlanma sayı artımasa və ya ət idxalında ciddi artım olmasa, ət ucuzlaşmayacaq". 

Xalid Kərimli hesab edir ki, nə quşçuluq məhsullarının, nə iribuynuzlu heyvanların, nə də xırdabuynuzlu heyvanların ətinin qiymətlərinin ciddi şəkildə ucuzlaşması gözlənilmir:

"Sadəcə kiçik dəyişikliklər baş verə bilər. Amma orta və uzun müddətdə ətin qiyməti bahalaşacaq. Çünki insanların sayı və alıcılıq qabiliyyəti artır. Amma heyvanların saxlanma sayında isə ciddi artım yoxdur. Bu da təbii surətdə qiymətləri yüksəldir".

Pərviz

0