Sosial şəbəkələrdə Azərbaycanda yaşayan cənublu müğənni Əli Pormehr barədə maraqlı fikirlər səsləndirilib.
Bir çoxları onu bir az əli bərk, simic adam kimi tanıdıqlarını deyiblər.
Bu mövzu ilə bağlı Hit.az-ın sualını cavablandıran müğənni deyib ki, o xəsis yox, ağıllı adamdır, bədxərc deyin:
"Gərəksiz xərclərdən, bədxərclikdən uzağam, boş yerə pul səpələyib, özünü göstərən adamlar mənə qəribə gəlir. Mən axmaq xərclərə qarşıyam. Lazım gələndə yerində və gözəl jestlər etməyi sevirəm. Məndən toyunu pulsuz oxumadım deyə, küsüb gedən tanışlarım var, Bu şaiələri bəlkə də onlar yayır. Heç kimin toyunu pulsuz oxumaq məcburiyyətində deyiləm. Lazım biləndə güzəşt edirəm. Axı mən də toya gedib oxuyanda vaxtımdan, ömrümdən zaman xərcləyirm, o mənim ailəmin ruzisidir".
Murad