Mansur İbayev vəfat etdi - FOTO

ÖLKƏ
09:10 / 14.08.2024
202

Azərbaycanda hakim vəfat edib.

 
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
 
Bildirilib ki, Mansur İbayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Qeyd edək ki, Mansur İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.
 
Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.
 
2006-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
 
0