Azərbaycanda ət və əh məhsullarının satış qiyməti artmaqda davam edir.
Dövlət Statistika Komitəsinın məlumatında qeyd olunur ki, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.
Aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a deyib ki, ətin qiyməti artmaqda davam edəcək:
"Azərbaycanda, bir tərəfdən, istehsal azdır, digər tərəfdən də xərclər artır.Bu səbəbdən də payız aylarında ətin satış qiymətinin artması gözlənilir. Onu da nəzərə almaq lazımdır ki, 10 -15 gündən sonra toy mövsümü başlayacaq. Ona görə də ətin qiymətində bahalaşma payıza qədər və payızdan sonra da gözləniləndir. Məsələn, indi mal əti alıcılara 14-14.50 AZN civarında təklif olunursa, ilin sonuna kimi 2-3 manatlıq bahalaşma istisna edilmir”.
Sevinc