Qorxu hissi insanın qərarlarına necə təsir edir?

20:00 / 15.08.2024
778

"Qorxma!”, “qorxaq!”, “qorxuram...” və s. qorxu ilə əlaqəli ifadələrlə gündəlik həyatımızda kifayət qədər tez-tez rastlaşırıq. Bəs qorxu nədir?

Hit.az-a psixoloq Könül İsmayılovla qorxu haqqında danışıb.

- Qorxu nədir?
- Qorxu-adətən şəxsin fizioloji və ya sosial salamatlığına yönəlmiş təhlükə ehtimalı yarandıqda yaşadığı 
- emosiyasıdır.  İnsanı fəaliyyətə sövq edə bilən, bəzən isə fəaliyyətdən saxlayan məqamlardan biri də qorxudur. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir.
- Qorxu hissi insanın həyatına, qərarlarına, seçimlərinə necə təsir edir?
- Qərar verdikdə insan məsuliyyəti öz üzərinə götürmüş olur və bu qorxudan əziyyət çəkən insanlar adətən məhz məsuliyyəti öz üzərinə götürə bilməyənlərdir. Sosial qorxular insanın həyatına gizlicə, eyni zamanda ən güclü təsir göstərən qorxulardır. Hər bir uğurun arxasında cəsarət durur.
- Deyirlər ki, kimsə qorxusuzdur. Heç kimdən qorxmur, gözü qaradır. Qorxusuz insan var?
- Hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hisslərin heç biri olmayan insan təhlükəlidir. 
- Məsələn, bir çox insanlar yalnız Allahdan qorxduğunu deyir. Bu qorxunun da olması önəmlidir. Çünki qorxu bəzən insanlara yol göstərir, bəzən isə yolundan edir.

Sevinc

0