Bizim reklamlarımız niyə bərbad gündə çəkilir?

21:17 / 16.08.2024
780

Türkiyə telekanallarında baxdığın filmdən çox reklam sərgilənir. Lakin reklamları o qədər maraqlı çəkirlər ki, bazdığının fərqində belə olmursan, səbirlə oturub  bitməsini gözləyə bilirsən, çox zaman hansı proqrama baxdığını belə unudursan. Əla iş ortaya qoyurlar. 

Gəl bir də bizim reklamlara bax. Son 5 ildə and içiblər ki, bütün reklam mətnlərini “şeirlə” yazacaqlar. Şeir də nə şeir. Təki cümlənin sonunda heca hecanı tamamlasın. Ət tökən, anlamsız, fikir yığını reklam adı ilə beynimizə soxuşdurulur. 

Türkiyənin reklamlarına baxanda ideyadan adamın ağzı açıq qalır. Bizim reklamlar bəsit, ucuz, keyfiyyətsiz, baxımsız. İdeyasızlıq fontan vurur. Deyə bilərsiniz Türkiyədə reklam hazırlayanlara verilən pulla bizimkilərə verilən pul eyni deyil. Az pula da  yaxşı iş görmək olar. Ən azından mətni fərli başlı yazmaq mümkündür də. Mətn önəmlidir. Çünki, radiodan biz görüntünü yox, səsi izləyə bilirik.

Ucuz ətin şorbası olmaz deyirlər. Bizdə olur. Həm də o şorbanı sənə gündə  dəfələrlə, zorla içirdirlər.

Murad

0