UEFA Çempionalar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb"in rəqibi olan Ağdamın "Qarabağ" klubu pley-off mərhələsinin ilk görüşü üçün Xorvatiyaya yola düşüb.
HİT.az xəbər verir ki, "köhlən atlar" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn komandamız bu gün Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.
Komandalar arasında keçiriləcək ilk görüş avqust ayının 20-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubunu 7:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanmışdı.