Rusiya-Azərbaycan münasibətlərinin inkişafı: "Yüksəliş mərhələsindədir"

SİYASƏT
10:12 / 20.08.2024
287

"Rusiya-Azərbaycan münasibətləri yüksəliş mərhələsindədir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında bütün mümkün sahələr üzrə əməkdaşlıq var:

"Tərəflər arasında iqtisadi, siyasi, təhlükəsizlik, investisiya, ticarət və turizm sahəsindəki əməkdaşlıqlarda böyük inkişaf var. Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin ortaq mənafelərinə söykənərək inkişaf edir. Təhlükəsizlik, iqtisadi, nəqliyyat, logistika və terrora qarşı mübarizədə iki ölkənin mənafeləri üst-üstə düşür".

356338

Ekspert qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin yeni hədəfləri var:

"Artıq Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır. Tərəflər arasındakı əlaqələrin möhkəmlənməsi və inkişafı bölgəyə bir çox ziyanlı müdaxilə risklərinin qarşısını da almağa imkan verir. Bu gün Ermənistanın NATO və Qərbyönümlü siyasəti nəticəsində Rusiyanın bölgədəki xarici siyasət strategiyası dəyişir. 

Rəsmi Moskva Cənubi Qafqazda özünün strateji müttəfiqlərini yenidən müəyyənləşdirmə mərhələsindədir. Artıq Ermənistan Rusiyanın strateji müttəfiqliyini itirmək üzrədir. Belə bir şəraitdə Rusiya üçün bölgədə bir nömrəli müttəfiq olaraq Azərbaycanın adı önplana çıxır. Lakin əlbəttə ki, Azərbaycanın xarici siyasəti balanslı xarakter daşıyır".

Politoloq onu da əlavə edib ki, Ermənistan başqa ölkələrin əli ilə regionu qarşıdurma meydanına çevirmək istəyir:

"Rəsmi İrəvan açıq şəkildə bu istiqamətdə fəaliyyət göstərir. Lakin Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı anlaşma içində olması Ermənistanın bölgəyə yad qüvvələri gətirmək prosesinin də qarşısını ala bilər. Nəzərə almaq lazımdır ki, Bakı ilə Moskvanın siyasətləri həm regional, həm də bizə yaxın olan bölgələrdə üst-üstə düşür".

Pərviz

0