Otel qiymətlərinin bahalaşmasına səbəb nədir? - "Keyfiyyət artdıqca..."

14:42 / 21.08.2024
416

"Yay aylarında bölgələrdə fəaliyyət göstərən otellərdə doluluq səviyyəsi həftəsonu 100 faiz, həftəiçi isə 70-80 faiz olur".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ötən illərə nisbətən otel qiymətlərində çox ciddi artım müşahidə olunmur:

356413

"Amma qiymətləri qismən bahalaşan otellər var. Bunu isə xidmət səviyyəsinin yuxarı olması səbəbilə əlaqələndirirlər. Ümumiyyətlə, hansısa oteldə doluluq səviyyəsi artıqdca, personal sayı da artır. Həmçinin, oteldəki yeməklərin də sayı çoxalır". 

Ekspert diqqətə çatdırıb ki, bütün bunlar da müştərilərin ödədiyi pulun artması ilə nəticələnir:

"Bütün bunlar otel qiymətlərinə təsir göstərir. Yəni sözügedən artımlar müştərinin hesab fakturasına əlavə olunur".

Ekspertin sözlərinə görə, xidmət keyfiyyəti artdıqca, bahalaşma baş verir:

"Çünki xərcləri artırmadan xidməti yüksəltmək olmur. Üstəlik, bu gün regionlardakı yerləşmə sayında da kifayət qədər artım olduğunu da nəzərə almalıyıq. Sahibkarlar və investorlar isə tələbata uyğun addım ataraq qiymətləri artırırlar".

Pərviz

0