"Ukraynanın PUA-ları buraxmaq imkanları artıb, buna görə də Moskvaya və çoxlu sayda hərbi hədəflərin cəmləşdiyi bölgələrə hücumlar bərpa edilib".
HİT.az xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Musyenko telemarafonun efirində avqustun 21-nə keçən gecə Moskvaya pilotsuz təyyarənin hücumunu şərh edərkən deyib.
O qeyd edib ki, Rusiya paytaxtının və regionun ərazisində müdafiə-sənaye kompleksinin çoxlu müəssisələri var:
"Hesab edirəm ki, çoxlu hədəflər var və onlara hücum edilə bilər".
Musyenkonun fikrincə, hücumların bərpası Ukraynanın imkanlarının səviyyəsinin o həddə yüksəlməsi ilə bağlıdır ki, Moskvaya hücumlar bir il və ya il yarım əvvəlkindən də təsirli ola bilər. Onun sözlərinə görə, Ukraynanın indi o qədər sayda pilotsuz təyyarələri var ki, bəziləri hava hücumundan müdafiə vasitələri ilə vurulsa belə, qalanlarının yenə də obyektləri vuracağını başa düşərək, onları çoxlu sayda hədəfə çatdıra bilir. Musyenko qeyd edir ki, Ukraynanın imkanları artıb:
"Son bir ay ərzində Rusiya Federasiyasının ərazisində Müdafiə Qüvvələri tərəfindən 500-dən çox pilotsuz uçan aparat istifadə edilib, avqustda isə daha çox olacaq. Rusiya isə hələlik öz imkanlarını Ukrayna səviyyəsinə çatdırmayıb. Ukraynanın imkanları bizə məqsədlərimizə çatmaq üçün Moskvaya hücum etməyə imkan verir".
Eyni zamanda ekspert xatırladıb ki, Moskva digər regionlardan fərqli olaraq hava hücumundan müdafiə sistemləri ilə yaxşı əhatə olunub:
"İstisna etmirəm ki, bizim kəşfiyyatda rusların bəzi sistem və vasitələri başqa yerlərə yerləşdirə biləcəyi ilə bağlı müəyyən məlumatlar var. Bu səbəbdən müəyyən fürsət pəncərəsi yaranıb".
Samir