"O ancaq sponsorun hesabına hökmranlıq edir" - Azər Axşam

MAQAZİN
18:23 / 21.08.2024
517

“Ağıllı, yaxşı hesab elədiyimiz proqramlar  qazanc  gətirmir. Təəssüf ki, bu həqiqətdir. Bizi hər şoka salan xəbər, məlumat isə  böyük uğur sayılmaz. Bu gün telekanalların bəziləri  başlayıblar sosial şəbəkələrlə rəqabətə, bu mümkünsüzdür. Sosial şəbəkə sərbəstdir, azaddır, televiziya isə hər istədiyini deyə, göstərə bilməz”.

Bu fikirləri Hit.az-a aktyor, aparıcı Azər Axşam səsləndirib:

“Aparıcıların bəziləri hansısa teleməkanda hökmranlıq edirsə, bunu sponsorun hesabına edir, gəlir gətirir. Bilir ki, nə etsə, ona söz deyən olmayacaq. O kanaldan getsə, başqa kanallar onu dərhal özlərinə cəlb edəcəklər. Bir kanalın qadağa qoyması ilə heç nə dəyişməyəcək. Bütün telekanallar səviyyəsiz verilişlərə, aparıcılara qapılarını bağlasalar , bəlkə onda hansısa nəticə alınar".

Murad

0