Devalvasiya olacaq?

İQTİSADİYYAT
21:38 / 21.08.2024
394

Son zamanlar manatın devalivasiyası ilə bağlı xəbərlər getdikcə artmaqdadır. 

Proqnozlara əsasən, manat növbəti il ərzində devalivasiyaya məruz qala bilər.

Təqribi proqnozlara görə hazırda dollar qarşısında 1.70 kursu saxlayan manatın 2.00 qədər ucuzlaşması gözlənilir.

Devalivasiyanın Azərbaycan iqtisadiyyatına nəticələri necə olacaq?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, devalivasiyanın olma ehtimalı var: 

"Milli valyutanın proqnozunu qısa müddətli vermək olmur. Ancaq orta müddətlik nəsə demək olur. Mən deyərdim ki, 3 il ərzində devalvasiya ola bilər. Həm neft hasilatımızın azalması,  həm də xərclər artır. Bəllidir ki, xərc artanda büdcəyə yük düşür".

Ekspert bildirib ki, pulu az olan insan üçün məzənnə dəyişikliyinin heç bir təsiri yoxdur. Xarici valyuta ilə borcu olmayan şəxsə bu halın təsiri olmayacaq:

"Əlində bir qədər pulu olan şəxs təlaşlanacaq ki, hansı bankda saxlayım. Yaxşı olar ki, pulu olan vəsaitin az bir qismini milli valyuta ilə əmanət kimi banka yerləşdirsin, qalanını isə xarici valyuta ilə".

Sevinc

0