Bir dəfə dövlət təminatı alanlar, ikinci təminatdan yararlana bilmir

SOSİAL
13:19 / 22.08.2024
435

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir. 

Vətəndaşların bir çoxunu sosial yardım alarkən, kimlərin ailə üzvü hesab edilməsi sualı maraqlandırır.

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımı təyin edilərkən uşaq evi və internatlarda yaşayan, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər, başqa sözlə dövlət təminatı almış vətəndaşlar nəzərə alınmır:

"Bundan başqa, əsgəri xidmətdə və cəzaçəkmə müəssisəsində olan şəxslər, axtarışa verilənlər, vətəndaşlığı olmayanalr ünvanlı dövlət sosial yardımından faydalana bilmirlər", deyə o qeyd edib.

Murad

0