Mədəkiçiltmə əməliyyatından öncə 6 ay müalicə tələb edilməlidir - Endekrinoloq

SAĞLAMLIQ
20:12 / 22.08.2024
411

"Bu gedişlə Azərbaycanda 70-80 kilolu xanım qalmayacaq. Hamı mədəkiçiltmə əməliyyatına gedir. Lakin bu əməliyyatdan öncə 6 ay endekrinoloq müalicəsindən keçmək lazımdır. Təəssüf ki, Azərbaycanda bunu eləmirlər".

Bu fikirləri Hit.az-a endokrinoloq Fərhad Burzu səsləndirib:

“Dünya praktikasını nəzərə alsaq, dünyada da bu yoxdur. Bədən kütlə indeksi hesablanmalı, müxtəlif yan xəstəliklər, pasiyentin hormonal vəziyyəti araşdırılmalı, sonra cərrahiyə yoxsa konservativ üsulla müalicə haqqında qərar verilməlidir. Müştəri həmişə haqlıdır, amma pasient həmişə haqlı deyil. O həkimə yanaşmalı, həkimin qoyduğu müalicə üsulu ilə getməlidir. Həkim xəstənin arzuları ilə hərəkət etməməlidir. Mədəkiçiltmə hər kəsə şamil edilə bilməz".

Murad

0