Qadınlar arasında təhsilsizlik problemi müzakirə olundu

ÖLKƏ
13:30 / 23.12.2022
88

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsilli qadın - savadlı cəmiyyət " layihəsi Bakı şəhəri Binəqədi və Nəsimi rayonlarında həyata keçirilir.
Layihənin məqsədi qızların təhsildən yayındırılması hallarınına qarşı mübarizə, qızların ali və peşə təhsilinə marağının artırlması, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların peşə-ixtisas seçiminə kömək etməkdir.


Tədbir Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirildi. Tədbiri giriş sözü ilə təşkilatın sədri Tünzalə Cavadova açdı. Bildirildi ki, qadınlar və qızlar arasında təhsilsizlik və işsizlik problemi dünyanın hər yerində ciddi narahatlıqlara səbəb olan problemdir.

Azərbaycanda da bu problemin həlli vacib sayılır və dövlətimiz ən ciddi tədbirlər görür ki, bunun qarşısı alınsın. Daha sonra Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyev belə layihələrin davamlı keçirilməsinin vacibliyini qeyd etdi. Dövlətin təhsillə bağlı təsdiqlədiyi önəmli proqramlardan və onların gənclərin təhsilinə dəstəyindən danışdı. 
Sosial fənlər kafedrasının müdiri Qənimət Səfərov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” haqqında, magistr təhsili haqqında məlumat verdi və qızların təhsil almasının önəmliliyini nəzərə çatdırdı. 
Çıxış edən digər natiqlər, sosial iş fakultəsinin dekanı Sədaqət Məmmədova, tədris və keyfiyyət təminatı şöbəsinin müdiri Pərvin Məmmədova, psixoloq Gül Dəniz qızların təhsilinin önəmini onların bir savadlı ailə yetişdirməsi və cəmiyyət üçün daha yararlı vətəndaşlar yetişdirməsi üçün olduğunu diqqətə çatdırdılar.


Layihənin gedişatında maarifləndirici video-roliklər və diskusiya təşkil edildi.

0