Bu ixtisas qrupunda boş qalan yer yoxdur!

ÖLKƏ
15:30 / 23.08.2024
134

Ali məktəblərə qəbul imtahanının nəticələri elan edilib. Rekord sayda abituriyent tələbə adını qazansa da, kəsilənlərin sayı da az deyil.

Modern.az-a danışan elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlunun sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq üçün 82883 abituriyent mübarizə aparırdı: 

“Onlardan 55656 nəfəri qəbul oldu ki, onlardan 7287 nəfəri subbakalavrlar idi. Qəbul olanların 1579 nəfəri subbakalavr olmaqla 27117 nəfəri dövlət sifarişli, 5708 nəfəri subbakalvr olmaqla 28539 nəfər ödənişli əsaslarla təhsil almaq haqqını əldə etdi”.

Ekspert bildirib ki, bu il qəbul prosesin I və III ixtisas qrupunda balların artması baş verdi:

“Ən ağır yük 150 ballıq ixtisasların üzərinə düşdü. Təsəvvür edin, 300 balınız var, amma 150 ballıq ixtisası yazmalı olursuz. Burada həddən artıq artım oldu. Bu da DT alt qrupunda 200-dən aşağı bal yığan hər kəsin kəsilməsinə səbəb oldu.Biz burada başqa nüanslar da görürük V ixtisas qrupunda ballar gözlənilən dərəcədə qalxdı. Çünki burada qəbul buraxılış imtahanı əsasında aparılır. Buraxılış imtahanlarının nəticələri də olduqca yüksək idi. Bu səbəbdən İdman akademiyası, sənət yönümlü qabiliyyət tələb edən ixtisaslarda belə ballar yüksək idi”.

O, sonda yenidən seçim edəcək abituriyentlərə xəbərdarlıq edib:

“V ixtisas qrupunda boş qalan yer yoxdur. Digər ixtisas qrupları üzrə boş qalan yerlərə seçim edəcək abituriyentlər diqqətli olmalıdır. Mütləq şəkildə abituriyent jurnalından istifadə etsinlər. Bu dəfəki seçimdə ali təhsil müəssisələri ilə yanaşı kollec ixtisaslarını da yaza biləcəklər”.

0