II Dünya müharibəsindən sonra ilk: Almaniya Litvaya qoşun yeridir

DÜNYA
17:24 / 23.08.2024
244

Litvada, Belarusla sərhədə yaxın ərazidə Bundesver qoşunlarının daimi yerləşdirilməsi üçün hərbi bazanın tikintisinə başlanılıb. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.

Nəşr qeyd edir ki, bu, II Dünya müharibəsinin bitməsindən sonra ilk belə haldır. FT bunu "Almaniyanın Litvaya qoşun yeritmək üçün atdığı tarixi addım" adlandırır. 

Bazanın 2027-ci ilə qədər tamamlanması planlaşdırılır və burada təxminən 4 min alman əsgəri yerləşəcək. Nəşrin fikrincə, bu hadisə sensasiyaya səbəb olmalı idi, lakin bu, Almaniyanın Ukraynaya hərbi dəstəyinin azaldılması ilə bağlı bəyanatlar fonunda baş vermədi və nəticədə Berlinin gücünü yox, zəifliyini nümayiş etdirdi.

Avqustun 20-də "Reuters" də eyni hadisə haqqında yazmışdı. Nəşr Litvanın müdafiə naziri Raymundas Vaiksnorasın bəyanatına istinad edərək bildirib ki, baza əhalini sakitləşdirmək və rusları qorxutmaq üçün yaradılır.

Hərbi obyekt Rudinkayda, Vilnüs yaxınlığında və Belarusla sərhəddən cəmi 20 kilometr aralıda yerləşəcək. 4000 nəfərlik hərbi qulluqçu kontingentindən əlavə, bazada tankların və digər texnikanın yerləşdirilməsi və saxlanılması üçün şərait yaradılacaq.

Samir

0