Kiçik Kennedinin tərəfdarları kimə səs verəcək?

DÜNYA
20:58 / 23.08.2024
220

"ABŞ prezidentliyinə namizəd Robert Kennedinin seçkidə iştirakdan imtina qərarı onun tərəfdarlarının Donald Trampa səs verməsinə səbəb olacaq".

HİT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin elmi işçisi Konstantin Bloxin RT-yə müsahibəsində bildirib.

Bundan əvvəl media öz mənbələrinə istinadən kiçik Kennedinin prezidentlik yarışını tərk etmək niyyəti barədə məlumat vermişdi. Onun tezliklə ABŞ prezidentliyinə namizədlərdən birinə dəstək verdiyini açıqlayacağı gözlənilir.

Bloxinin sözlərinə görə, kiçik Kennedi digər namizədlər arasında autsayder olduğu və demokratların dəstəyi olmadan hərəkət etdiyi üçün seçkilərdə iştirakdan imtina sağlam düşüncə məntiqinə əsaslanır. Ekspert hesab edir ki, onu dəstəkləmək istəyən seçicilər indi böyük ehtimalla Trampa səs verəcəklər.

"Əgər onun müqayisə edilə bilən və ya ən azı yarısı qədər yaxşı bir şansı olsaydı, yenə də rəqabət edə bilərdi. Və burada aydın olur ki, indi yarışda artıq iki favorit var - Kamala Harris və Donald Tramp. Bu halda Kennedinin seçkilərdə iştirakının mənası yoxdur", deyə analitik izah edib.

Samir
 

0