Priqojinin ölümü ilə bağlı yeni iddia: Qərb kəşfiyyatı...

DÜNYA
17:09 / 23.08.2024
238

"Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin göyərtəsində olduğu təyyarənin qəzaya uğramasında Qərb kəşfiyyat xidmətləri əli ola bilərdi.

HİT.az xəbər verir ki, bu fikri NEWS.ru-ya müsahibəsində "Vaqner"in keçmiş əməkdaşı deyib.

Onun sözlərinə görə, biznes-jetin qəzaya uğramasında Fransa və ya Amerika kəşfiyyat xidmətləri ola bilər. Bu baxımdan o, Rusiya təhlükəsizlik orqanlarında xəyanəti istisna etməyib.

Nəşrin həmsöhbəti Priqojinin bir çox insanın yolunu kəsdiyini də bildirib. O, "Vaqner"in təkcə Donbassda deyil, həm də Suriya və Afrikadakı fəaliyyətini xatırladıb.

Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Tver yaxınlığında mindiyi biznes təyyarəsi qəzaya uğrayarkən vəfat edib. Bu, "Vaqner" in yaradıcısının üsyanından iki ay sonra baş verib.

Samir

0