Ölən şəxslər üçün sosial müavinəti kimlər ala bilər?

SOSİAL
23:33 / 23.08.2024
508

Hit az “Hüququmuzu bilək” rubrikasında bu dəfə izləyicilər tərəfindən ünvanlanmış “Azərbaycanda  dəfn üçün dövlət tərəfindən sosial yardım göstərilirmi?” sualına cavab verir.

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, ölkəmizdə vəfat edən hər bir şəxsin dəfni üçün dövlət tərəfindən müavinət ayrılır:

"Dəfn üçün birdəfəlik sosial müavinətin icrasını təmin etmək üçün  5 iş günü tələb olunur. Bu xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu , Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi həyata keçirir. Ödəniş elektron qaydada, poçt vasitəsilə, vəfat edən şəxsin yaxınlarının müraciəti əsasında həyata keçirilir. Bu müavinət Azərbaycan Respublikası vətəndaşlarına, ölkəmizdə daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə aid edilir".

Murad
 

0