İmtahan sevinci, imtahan kədəri...

SOSİAL
20:38 / 23.08.2024
464

Dünən gecədən sosial şəbəkələrdə çal çağırdır. Övladları tələbə adını almış valideynlər bayram edirlər. Zəhmət çəkib, tələbə olanların səsi çıxmır, valideynlər öyünmə, fəxarət yarışına giriblər.

Eyni qaydada da övladları tələbə olmayanların bir çoxu az qalır yas çadırı qursun. Nəticə göstərə bilməyən övladı qınayan- qınayana qarışır. Bu ajotajın içində hər kəs o sevincdən pay almaq istəyirdi. Amma elə bu ajotajın özü çox həssas bir məqamı da gətirir. Neçə illərdir imtahan sonrası stressə,  valideyn qınağına dözə bilməyənlərin intihar xəbərlərini eşidirik. Gül balalar qəbul olunmamağı qəbullana bilməyən yaxınlarının ucbatından ölümə gedirlər.

Bu vəziyyəti nəzərə alıb , övladı qəbul olunmayan valideynlər daha ehtiyatlı daqvranmalıdırlar. Ali məktəb son hədəf deyil, bu imtahan da dünyanın sonu. Hər diplom alan da mütləq uğurlu həyat yaşamır. 18 ilin əməyini bir imtahanla bada verməyin. Həyatın imtahanından uğurla keçin.

Murad
 

0