Yemiş balla niyə yeyilə bilməz?

SAĞLAMLIQ
19:40 / 23.08.2024
344

Yay fəslinin ən sevimli meyvələrindən olan yemişin çoxlu faydaları var.

 El arasında deyirlər ki, yemişi balla eyni vaxtda yemək olmaz.

Bu fikirlə bağlı həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a qeyd edib ki, yemiş mədədə çətin həzm olan qida hesab edilir. Balla birlikdə yeyəndə mədə-bağırsaq sistemi daha ağır yüklü qida qəbul etmiş olur, şəkər mübadiləsinin pozulmasına gətirib çıxarır, bir çox hallarda qəbizliyə səbəb olur:

"Qəbizlik yarananda əgər kimdəsə narahatlıq - məsələn, B12 vitamini, fol turşusu narahatlığı varsa, halsızlıq, ürəkbulanma və s. ola bilər. Qəbizlik çox davam edərsə, daha ciddi nəticələrə aparıb çıxara bilər. Qarın içi əməliyyat keçirən, çapıq və tikişləri olanlar bağırsaq keçməzliyinə tutula bilərlər.  Balı yemişlə eyni vaxtda yeyib , heç bir problemlə rastlaşmayan insanlar barmaqla sayıla bilər".

Sevinc

0