Hindistanlı turistlərin sayı artır - Səbəb nədir?

İQTİSADİYYAT
19:20 / 23.08.2024
397

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 29,2 faizi Rusiya, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,5 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Ukrayna və Küveyt, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla İsrail və Oman, 1,faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,1 faizni kişilər, 32,9 faizini qadınlar təşkil edib.

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, ölkəyə gələn turistlər arasında hindistanlılar üstünlük təşkil edir.

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a şərhində bildirib ki,  Hindistandan Azərbaycana gələn turist sayı 3 dəfədən çox olub. Hər kateqoriyadan turist gəlir. Həm paytaxtda, həm də regionda hindistanlı turistlərin sayında artım hiss olunacaq dərəcədədir:

 "Beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm potensialını artırır və bu sahədən əldə olunan gəlirlər də büdcənin formalaşmasında rol oynayır. Ötən il Hindistanın “Indigo Airlines” şirkətinin Dehli-Bakı-Dehli reysinə start verməsi də turist axınını xeyli artırıb. Onu da deyim ki, Hindistandan gələn turistlər individual deyil, əksəriyyəti qrup halında səfərlər edirlər”.

Sevinc

0