Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 248,2 ton qızıl, 1 906,8 ton gümüş istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb, gümüş istehsalı isə 20,1 % azalıb.
2024-cü ilin avqust ayının 1-i vəziyyətinə görə ölkədə hazır qızıl ehtiyatının miqdarı 319,4 ton, gümüş ehtiyatının miqdarı isə 560,2 ton olub.