Siyəzəndə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT

HADİSƏ
13:58 / 25.08.2024
518

Siyəzəndə baş verən qərl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb.

O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.

Səfər Mustafazadə ağır hadisəni törətdikdən sonra Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.

Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərindəki Həzi Aslanov-2 ünvanında qeydə alınıb.

Qardaş əli ilə həyatdan məhrum edilən Şəbnəm "Siyəzən broyler” ASC-də mühasib köməkçisi işləyirdi. Qətlin tam təfərrüatını Siyəzən rayon prokurorluğu araşdırır.

Siyəzən polisi isti izlərlə Səfər Mustafazadəni yaxalayıb və istintaqa təhvil verib.

0