Ali məktəblərimizdə ölü ixtisaslar...

ÖLKƏ
20:18 / 26.08.2024
154

Bu il övladları tələbə adını qazanmış çox tanışımı təbrik etmişəm. Əksəriyyəti kompyuter ixtisaslarını, hüquqşünaslığı, beynəlxalq münasibətləri seçib.

Əla, uğurları bol olsun. Amma bir məqama diqqət yetyirmək istəyərdim. Ali məktəblərimizdə ya bir birini təkrarlayan, hansı sənəti verdiyi naməlum qalan ixtisaslar var, yada çoxlu ölü ixtisaslar.  Məsələn son illər heç rast gəlmirəm, baytarlıq, meşəçilik, su ehtiyatları, bitkiçilik, ekologiya, geologiya kimi ixtisaslara qəbul olmur. Halbuki bu sahələr dirçəldilməlidir, xüsusi ilə də kənd təsərrüfatı sahələri inkişaf etdirilməsə gələcək də olmayacaq. Kənd təsərrüfatı ixtisasına önəm vermədiyimizə görə, bu sahə üzrə mütəxəsislər xaricdən xüsusilə, Türkiyədən vəlirlər quşçuluq mal qara fermaları da baytar həkimlərin əksəriyyəti Türkiyəlidir. Kənd təsərrüfatı ya bilərəkdən, ya da bilməyərəkdən yox olur.

Azərbaycanda demək olar hec kəs , əsasən də məmurlar öz peşəsi üzrə mütəxəssis deyil.  Gənclərimiz çox vaxt sadəcə diplom almaq üçün oxuyurlar. Amma illərimizi, əməyimizi, maddi xərclərimizi təhsilə yönəldiriksə bunun xalqa, dövlətə və nəhayət özümüzə də faydalı olmasını düşünməliyik.

Yoxsa  diplomlu  işsizlər ordusunu artırmaqla məşğul olacağıq.

Murad

0