Çinin Y-9 hərbi kəşfiyyat təyyarəsi Naqasaki prefekturasının cənub-qərbindəki Danco adaları ərazisində Yaponiyanın hava məkanını pozub.
HİT.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Özünümüdafiə Qüvvələri buna cavab olaraq Qərb Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələrini havaya buraxaraq, bildiriş və xəbərdarlıqlar göndərib”, deyə XİN bildirib.
Hadisə ilə bağlı Tokio Pekinə kəskin etirazını bildirib. "Kyodo" xəbər agentliyi belə bir ittihamın ilk dəfə olduğunu qeyd edib.
Bundan əvvəl Çin hakimiyyəti Yaponiyanın Tayvanın “Fu Yang 266” və “Fu Şen” balıqçı gəmilərinə qarşı hərəkətlərini tənqid edib. "Sinxua" agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi Çin gəmilərinin saxlanmasına görə Tokioya etiraz edib.
Samir