Berinq dənizində xərçəngkimilərin sayının azalmasının səbəbi açıqlandı

DÜNYA
22:15 / 27.08.2024
165

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının bioloqları müəyyən ediblər ki, iqlim dəyişikliyi Berinq dənizində xərçəngkimilərin populyasiyasının azalmasına səbəb olub. 

HİT.az xəbər verir ki, tədqiqat "Nature Climate Science" (NCC) elmi jurnalında dərc olunub.

Əvvəlki tədqiqatların göstərdiyi kimi, son bir neçə ildə Berinq dənizində xərçəngkimilərin sayı kəskin şəkildə - 10 milyard azalıb.

Komanda öz işində 1972-ci ildən 2022-ci ilə qədər Berinq dənizində buz örtüyü, dəniz dibinin temperaturu, yosunların çiçəklənmə səviyyəsi və digər parametrləri təhlil edib.

Nəticələr göstərib ki, temperaturun dəyişməsi gənc xərçənglərin sağ qalmasını xeyli çətinləşdirir. Suların istiləşməsi yırtıcıların dəniz dibində artropodlara çatmasını asanlaşdırıb.

Alimlər həmçinin qeyd ediblər ki, qar xərçəngi sayının azalması gənc xərçəngkimilərin əsas düşməni olan Sakit okean treskasının populyasiyasının artması ilə üst-üstə düşür.

Tədqiqatçılar həmin dövrdə bölgədə xərçəngkimilər arasında xəstəliyin yayılma hallarının artdığını müəyyən ediblər. Onların fikrincə, bu, adətən isti dövrlərdə baş verir.

Samir

0