Metrodakı sıxlığa səbəb nədir? - Ekspertdən açıqlama

İQTİSADİYYAT
14:24 / 27.08.2024
348

"Bakı Metropoliteni"ndə sərnişinlərin qarşılaşdığı ən böyük problem sıxlıqdır.

Hər gün işə gedəndə də, gələndə də xeyli sıxlıq olur. Yəni günün gur saatlarında vaqonlara minmək də olduqca çətinləşir. Xüsusilə, "28 May", "Koroğlu", "Nəriman Nərimanov" və "Nizami" metro stansiyalarında sözügedən saatlarda böyük sıxlıq olur. 

Bəzi sərnişinlər isə stansiyalara giriş qapılarının hamısının açılmamasının sıxlığa səbəb olduğunu iddia edirlər. 

Bəs bu nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, metroda gedişlərin nəzarətdə saxlanılması və qapıların sadəcə bir-ikisinin açılması təhlükəsizlik tədbiri üçün lazımdır:

356884

"Düşünürəm ki, sərnişinlərin təhlükəsizliyi üçün bu addımlar zəruridir. Hazırkı texniki imkanlarla metroya daxil olan bütün yüklər aparatlar vasitəsilə yoxlanılır. Ona görə də qapıların hamısının açılmadığı kimi düşüncələr doğru deyil. Çünki sərnişinlərin təhlükəsizliyi əsas prioritetdir".

Lakin ekspertin sözlərinə görə, sərnişin sıxlığını azaltmaq üçün başqa addımların atılması gündəmə gələ bilər:

"Bu istiqamətdə düşünülməsi mümkündür. Hansı innovativ və texniki dəstədən istifadə oluna biləcəyi araşdırılmalıdır. Bu addımları ataraq həm sərnişinlərin təhlükəsizliyini təmin etmək, həm də sıxlığı aradan qaldırmaq olar. Bu zaman isə sərnişinlərin məmnuniyyətini qazanılar". 

Pərviz

0